Mark Vebberin sözlərinə görə, Uokinqdən olan komandanın Maks Ferstappenlə müqavilə bağlaması halında məhz Piastrinin dördqat dünya çempionu üçün sükan arxasındakı yerini boşaldacağı barədə iddiaların reallıqla heç bir əlaqəsi yoxdur.
Mark Vebber: “Oskarın McLaren-lə müqaviləsi görünən gələcək üçün nəzərdə tutulub. Onun komandadan ayrılma variantlarını nəzərdən keçirdiyi barədə danışmalar tam absurddur. Son vaxtlar KİV-də onun və digər komandalar haqqında çoxlu şayiə yazılır.
McLaren-dən dəfələrlə bildiriblər ki, uzunmüddətli perspektivdə Oskarı komandanın tərkibində görmək istəyirlər və Oskar məhz bu ssenariyə fokuslanıb”.





