M.Uebber: “Rosberqin təqaüdə çıxması Rikkardonun şansını artıracaq”

Sabiq Formula1 sürücüsü Mark Uebber bildirib ki, Rosberq təqaüdə çıxdıqdan sonra Rikkardonun çempionluq şansı arta bilər..

F-1.az xatırladır ki, turbo erada Mercedes sürücülərindən sonra ən çox qələbə qazanan sürücü Daniel Rikkardodur – avstraliyalı sürücü bu müddət ərzində 4 yarış qazanıb.

Mark Uebber: “Daniel son 3 mövsüm ərzində ən stabil sürücüdür. Çox gözəl performans nümayiş etdirir və məncə, ən güclü 3 sürücüdən biridir.

Əgər Red Bull yaxşı bolid istehsal edə bilsə, 2017-ci ildə çempionluğa namizədlərdən biri olacaq. Karyerasının ən yaxşı vaxtlarında əlinə belə fürsət düşsə, bundan maksimum istifadə edəcək.

Burada Nikonun təqaüdə çıxması da önəmli faktorlardan biridir. Mercedes onun yerini asanlıqla doldura bilməyəcək. Bu müddət ərzində Daniel ön planda olacaq.

Niko və Lyuis bir-birilə davamlı rəqabət aparırdılar. Hazırda peletondakı sürücülərdən heç biri bu cür rəqabət apara bilməz”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*