V.Ak: “Istanbul Park gələn il yenidən təqvimə qayıda bilər”

İntercity şirkətinin idarə heyətinin sədri, İstanbul Parkın administratoru Vural Ak Formula1-in yenidən keçirə biləcəklərini qeyd edib.

F-1.az xatırladır ki, böyük məbləğdə pul hesabına tikilmiş və pilotlar tərəfindən ən çox sevilən traslardan biri olan İstanbul Park 2005-ci ildən 2011-ci ilə qədər Formula1-ə ev sahibliyi etmiş, 2011-ci ildən sonra həm keçirilmə haqqının qaldırılması, həm də hökumətin maddi dəstəyi kəsməsi nəticəsində təqvimdən çıxarılmışdı. Vural Ak hökumətin noyabr ayına qədər razılıq verməsi halnda İstanbul Parkin yenidən təqvimə qayıdacağını bildirib.

Vural Ak: “Olimpiada, futbol üzrə dünya çempionatı və Formula1 ən böyük idman tədbirləridir. Olimpiada və Dünya çempionatını keçirməyimiz yaxın zamanlarda mümkün deyil. Formula1-i milyonlarla insan izləyir və hər il 20-21 ölkədə keçirilir. Yeddi dəfə də İstanbulda keçirilib. Bu, İstanbulun və Türkiyənin dünyaya tanıdılmasında böyük rol oynayıb və pulla ölçülməyəcək qədər böyük reklam olub. Çox sayda turist gəlib. Formula1 Türkiyənin son dövrlərdə pisləşən imicini düzətlmək üçün yaxşı vasitədir. Biz trasın sahibləri olaraq razılıq əldə etmişik, amma yarışın keçirilməsi üçün hökumətin buna razılıq verməsi vacibdir.

Yarışın keçirilməsi üçün bizdən 25 milyon dollara yaxın məbləğ tələb olunur. Lakin bəzi ölkələrdə bu rəqəm daha çoxdur. Biz yarışa gələcək turistlərin Türkiyədə xərcləyəcəyi pulu da təxmini hesablamışıq – 100 milyon dollar. Verdiyimiz pulun 5 mislini 1 həftə ərzində qazana biləcəyik. Bununla yanaşı, ölkəni dünyana tanıtmış olacayıq. Əgər hökumət noyabr ayına qədər razılıq verərsə, gələn il yay aylarında yarışa ev sahibliyi edə bilərik.

Trasda hazırda həm işlənmiş avtomobillərin bazarı, həm də sürücü akademiyası yerləşir. Boş qalan yerlər isə çürüyür, xarab olur. Yeddi ilə Formula1-ə ev sahibliyi etdikdən sonra boş qalmışdı, bir ildən çoxdur ki, yenidənqurma işləri aparırıq və buna görə 110 milyon lirə xərcləmişik. Ümumiyyətlə, trası yarışın keçirilmədiyi vaxtlarda da boş qoymaq olmaz. Biz də bunu etdik. İndi isə hədəf Formula1-dir. Berni Ekklstounla bütün bu sadaladıqlarım barədə danışıqlar aparırıq”.

 

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*