Ştayner: Maqnussen böyüyüb və sakitləşib

Kevin Maqnussen birillik fasilədən sonra Formula 1-ə qayıdaraq 2022-ci il mövsümünü güclü keçirib.

F-1.az xəbər verir ki, yarışlarda danimarkalının ən yaxşı nəticəsi Bəhreyndə ilk mərhələdə beşinci yer, San Pauluda qazanılan poul isə mövsümün zirvəsi olub. Komandanın başçısı Günter Ştayner öz sürücücüsünün performansını yüksək qiymətləndirib.

Günter Ştayner: “Kevin qayıtdıqdan sonra ilk yarışda xal qazandı, onu bütün komanda dəstəklədi. Yay fasiləsindən sonra onun səbəblərini bilmədiyimiz bir az geriləməsi oldu, lakin sonra Kevin əvvəlki səviyyəyə qayıtdı. Səbəbin yalnız Kevində olduğunu deyə bilmərəm – bütün komandada eniş-yoxuşlar olub və biz səbəbləri təhlil etməliyik.

Ümid edirəm ki, gələn il biz daha stabil çıxış edəcəyik və çox vaxt yüksək sürət nümayiş etdirəcəyik. Uğursuz mərhələlər qaçılmazdır, lakin hər zaman ardıcıl olaraq çıxış etməyə çalışmaq vacibdir.

Kevin yenidən formadadır. Yarışların çoxluğuna görə mövsümün cədvəli çox gərgin idi, lakin o, əla iş gördü. Yaşlaşıb, böyüyüb və sakitləşib, bəzi şeylərə başqa cür baxır. Günün çox vaxtını tamamilə sakitdir. Ümid edirəm ki, növbəti mövsüm Kevin Mark Sleydin yenidən yarış mühəndisi kimi işləməsi sayəsində daha da təkmilləşəcək”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*