Şpilberqdə yeni tribunalar tikiləcək

Builki Avstriya Qran Prisində azarkeş izdihamı olub, həftəsonu ərzində tribunalar tam dolub, avtodroma ümimi 303 min azarkeş gəlib.

F-1.az xəbər verir ki, artıq bazar ertəsi gələnilki yarış üçün olan biletlər satışa çıxarılıb və ilk gündən satışlar çox yaxşı olub. Yerli təşkilatçının nümayəndəsi bildirib ki, artıq bəzi tribunalara olan biletlər tamamilə satılıb.

Yüksək tələbatı ödəmək üçün builkilərdən əlavə tribunaların inşa edilməsinə qərar verilib. Buna görə də, yaxın aylarda 2023-cü ilin Avstriya Qran Prisi üçün yeni biletlər satışa çıxarılacaq.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*