15 Oktyabr 2019, Çərşənbə axşamı - 12:47

Sinqapur-2019: Birinci sərbəst yürüşlər

Sinqapur-2019: Birinci sərbəst yürüşlər

Müəllif: Elçin Zodorov, redaktor

14:13 - 20 Sentyabr, 2019

Marina Beydə asfaltın istiliyi hava dumanlı olduğu üçün normaldan aşağı olub. Komandalar daha çox aerodinamik hissələrin sınaqdan keçirilməsinə yönəliblər.

F-1.az bildirir ki, Ferrari ön qanadın iki versiyasını test edib. Alfa Romeo-nun boksunda elektrik enerjisi kəsilib və komanda xeyli vaxt itirib. Asfalt tozlu olduğundan, sürücülər bəzi səhvlərə yol veriblər. Bottas baryerlərlə toqquşub və maşını zədələyib. Sayns Həmiltona mane olub, komanda yoldaşı Norris isə 7-ci döngədə təhlükəsizlik cibinə girib və trasa qayıdıb.

Lekler ötürmələr qutusundakı problemə görə sürət itirib və sessiya onun üçün başa çatıb. Bottas 64-cü dəqiqədə 19-cu döngədə qəza edib və qırmızı bayraqlar dalğalanıb. Fasilə 9 dəqiqə davam edib.

Protokollara Maks Ferstappen başçılıq edib – 1:40.259. Məşqlər axşam davam edəcək…

YerNSürücüKomandaZamanFərqDövrə
133Maks FerstappenRed Bull1:40.25922
25Sebastyan FettelFerrari1:40.426+ 0:00.16723
344Lyuis HəmiltonMercedes AMG1:40.925+ 0:00.66626
477Valtteri BottasMercedes AMG1:41.336+ 0:01.07714
523Aleksander ElbonRed Bull1:41.467+ 0:01.20824
627Niko HülkenberqRenault1:41.812+ 0:01.55326
755Karlos SaynsMcLaren1:41.966+ 0:01.70720
84Lando NorrisMcLaren1:42.180+ 0:01.92119
926Daniil KvyatToro Rosso1:42.305+ 0:02.04626
1010Pyer QasliToro Rosso1:42.377+ 0:02.11824
113Daniel RikkardoRenault1:42.527+ 0:02.26820
128Roman QrojanHaas1:42.630+ 0:02.37123
1399Antonio CovinatsiAlfa Romeo1:42.677+ 0:02.41815
147Kimi RəykkönenAlfa Romeo1:42.786+ 0:02.52713
1518Ləns StrollRacing Point1:42.791+ 0:02.53228
1620Kevin MaqnussenHaas1:43.150+ 0:02.89122
1788Robert KubitsaWilliams1:43.336+ 0:03.07728
1811Serxio PeresRacing Point1:43.369+ 0:03.11023
1916Şarl LeklerFerrari1:43.618+ 0:03.35912
2063Corc RassellWilliams1:43.993+ 0:03.73429

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 61
Teqlər , , , , , ,
Paylaş

logo