Sabiq Dünya Çempionu Saynsı tənqid edib

Sabiq Formula1 sürücüsü Jak Vilnöv bildirib ki, Karlos Sayns komanda yoldaşı ŞArl Leklerin səviyyəsində olmadığı üçün səhvlər edir.

F-1.az xatırladır ki, Sayns həmişə stabil və səhvsiz pilotajlığı ilə seçilib. Ancaq öz vətənində etdiyi səhvlə o, podiumu qaçırıb və 4-cülüyə razı olub.

Jak Vilnöv: “Sayns hazırda çox səhv edir və Leklerin səviyyəsində deyil. Şarla çatmaq üçün limitlərdə sürməlidir. Yarışlar və çempionluq qazana biləcəyiniz bir maşınla belə səhvlər etmək olmaz. Bir Mercedes-dən geri qalması və podiumu əldən verməsi pis oldu.

Lekler isə mübarizəni dayandırdığı üçün məyusdur. Sıralanma turunda gözəl dövrə vurdu. Yarışda lider gedirdi və turbo problemi yaşayana qədər hər gözəl idi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*