S.Peres: Ferrari barədə çox şey öyrəndim

Red Bull komandasının sürücüsü Serxio Peres bildirib ki, Ferrari barədə çox şey öyrənib.

F-1.az xatırladır ki, meksikalı sürücü Saxirdəki yarışa ikinci yerdən başlasa da, startda Lekelrin gerisinə düşüb və rəqibini yalnız pit-stoplardan sonra keçə bilib. Lakin 32 yaşlı pilot bu əsnada boş dayanmayıb və Ferrari-ni təhlil edib.

Serxio Peres: “Ferrari barədə çox şey öyrəndim. Onların harada zəif, harada güclü olduqlarını gördüm. Buna görə də brifinqdə mühəndislərimə bu barədə məlumat verəcəm.

Boliddən razıyam. Görüləsi işlər var, amma hər iki sürücü də yaxşı nəticə üçün əlindən gələni edir və bu yaxşı haldır. Mövsümə də yaxşı başladıq. Deyəsən indiyə kimi ən yaxşı startımızdır”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*