S.Peres: Bakını səbirsizliklə gözləyirəm

Red Bull komandasının sürücüsü Serxio Peres həmişə uğurlu olduğu Bakıda podium qazanmaq istəyir.

F-1.az xatırladır ki, meksikalı sürücü Bakıdakı 4 yarışın 3-dən xal qazanıb və bunların ikisində podiumda olub. Bu il Red Bull-a keçən Peres çox sevdiyi Bakı Şəhər Halqasında yeni komandası ilə ilk podiumunu əldə etmək istəyir.

Serxio Peres: “Monakoda sıralanma turu pis keçsə də, yarışdan yaxşı nəticə ilə ayrıla bildim. Psixoloji cəhtdən çətin yarış idi. Monakoda divara vurmadan limitlərdə sürmək çox çətindir. Yarışda qazandığımız nəticə komandaya motivasiya verdi. İndi bu uğurumuzu təkrarlamağa çalışacağıq. Lakin unutmaq lazım deyil ki, hələ 5 yarış geridə qalıb və bizi 18 yarış gözləyir.

Bakıdakı yarışı səbirsizliklə gözləyirəm. Ümid edirəm ki, sıralanma turunda yaxşı nəticə əldə edərəm. Yarış tempində güclü olsam da, sıralanma tempində təkmilləşməliyəm. Daha sonra hər şey gözəl olacaq”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*