Ş.Lekler: Sabah şərait dəyişəcək

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, Yaponiyada yaxşı bir günü geridə qoyublar.

F-1.az xatırladır ki, monakolu sürücü cümə sərbəst yürüşlərini lider Rasselldən 2.7 saniyə geridə bağlayıb.

Şarl Lekler: “Çox yaxşı günü geridə buraxdıq. Boliddəki hissiyatım çox yaxşı idi. Sabah hər şeyi bir araya gətirməliyik.

Özümü yaxşı hiss edirəm. İkinci sərbəst yürüşlər çətin keçsə də, yarış üçün çox şey öyrəndik. Yaxşı cümə günü idi. Sabahı gözləyək və görək nə olur, çünki hava şəraiti dəyişəcək”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*