11 Dekabr 2018, Çərşənbə axşamı - 17:30

S.Fettel startda 5 yer itirəcək

S.Fettel startda 5 yer itirəcək

Müəllif: Rauf Hacıyev, redaktor

22:06 - 29 Aprel, 2016

Ferrari komandasının sürücüsü Sebastyan Fettelin maşınında ötürmələr qutusu dəyişdirildiyi üçün startda 5 yer itirmək cəzası alıb.

F-1.az xəbər vermişdi ki, Sebastyan Fettel ikinci sərbəst yürüşlərdə problem yaşamışdı və seansı vaxtından əvvəl dayandırmalı olmuşdu. Fettel ikinci sərbəst yürüşlərdən sonra bildirmişdi ki, problemin səbəbini tapıb həll etməlidirlər.

Ferrari komandası apardığı araşdırmalardan sonra almaniyalı sürücünün bolidindəki ötürmələr qutusunu dəyişdirmək qərarına gəlib və Fettel bu dəyişikliyə görə startda 5 yer itirəcək.

Qeyd edək ki, FİA-nın texniki reqlamentinə əsasən sürücülər bir sürət qutusu ilə ardıcıl 6 yarış keçirməlidirlər. Əgər 6 yarışdan əvvəl sürət qutusu dəyişdirilsə, yarışa 5 yer geridən başlama cəzası gəlir.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 443
Teqlər ,
Paylaş

logo