Rəsmən: Renault gələn ildən adını dəyişəcək

Renault komandası bu gün verdiyi açıqlamada bildirib ki, gələn ildən adlarını dəyişərək Alpine qoyacaqlar.

F-1.az bildirir ki, Renault Qrupunun yeni rəhbəri olan Luka de Meo gəldikdən sonra islahatlara başlayıb.

Renault İtaliya yarışından əvvəl verdiyi açıqlamada bildirib ki, gələn ildən komandanın adı Alpine F1 Team olacaq. Komanda Fransanın avtoidmandakı rəngləri olan mavi rəngdə yarışacaq və Alpine-Renault olaraq Fransanın bayrağı altında yarışacaq.

Qeyd edək ki, Alpine son dəfə Signatech Alpine Oreca ilə FİA Dünya Dözümlülük Çempionatında LMP2 kateqoriyasında çıxış edib.

Luka de Meo: “Bu, böyük dəyişiklikdir, çünki Renault 43 ildir ki, idmandadır. Renault markası bolidin üzərində qalacaq və yalnız mühərrik istehsalçısı kimi görünəcək.

Formula1-i brendin marketinq platforması kimi istifadə edəcəyik. Renault böyük marka olsa da, Alpine Formula1-ə daha uyğundur”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*