Rəsmən: A.Alluni Bravi Alfa Romeo-nun yeni təmsilçisidir

Alfa Romeo komandasında yeni təyinat olub. Altı ildir ki, komandada müdir vəzifəsində işləyən Alessandro Alluni Bravi artıq komanda təmsilçisi vəzifəsini də üstünə götürəcək.

F-1.az xatırladır ki, Frederik Vassyör ayrıldıqdan sonra komanda rəhbəri postu boş qalmışdı. Komanda bu işi altı ildir ki, şirkətdə işləyən Alessandro Alunni Braviyə təslim edib. O, rəsmən komanda rəhbəri olmasa da, trasüstü və trasdankənar tədbirlərdən məsul olacaq. Yəni ki, komanda rəhbəri ilə eyni hüquqa malik olacaq.

Alluni Bravi: “Mənə güvəndikləri üçün Andreasa və səhmdarlarımıza təşəkkür edirəm. Gözləntiləri qarşılamaq və komandanı ən yaxşı formada təmsil etmək üçün əlimdən gələni edəcəm.

Uzun illərdir ki, burada möhtəşəm insanlarla işləyirəm və bu mənim üçün şərəfdir. Komandadakı bütün işçilər bura uyğunlaşmağım üçün mənə kömək etdikər. Komandanı ən yaxşı formada təmsil edəcəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*