Q.Çjou: Burada yaxşı xatirələrim var

Alfa Romeo komandasının sürücüsü Quanyu Çjou Monrealdakı tempini davam etdirmək istəyir.

F-1.az xatırladır ki, çinli pilot Kanadada 8-ci olaraq, karyerasında ikinci dəfə xala sevinmişdi.

Quanyu Çjou: “Sükan arxasına keçmək üçün səbirsizlənirəm. Bir neçə pis keçən yarışdan sonra Monrealda özümə olan inamım qayıtdı. Orada Formula1 karyeramdakı ən yaxşı nəticəni qazandım. Bu da inkişafımın göstəricisidir. Bu tempi davam etdirmək və komanda üçün daha çox xal qazanmaq istəyirik.

Silverstoun xüsusi yarış olacaq. Burada Formula1 bolidi ilə yarışmağı xəyal etmişəm. Bu trasda bolidin potensialını tam göstərmək mümkündür. Burada yaxşı xatirələrim var. Keçən il əsas yarışı qazanmış və üç dəfə podiuma yüksəlmişdim. Bu həftəsonu xoş xatirələ yenilərimi əlavə etmək istəyirəm. Yaxşı həftəsonu keçirməliyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*