24 Avqust 2019, Şənbə - 13:06

Renault da testlərə çıxa bilməyəcək?

Renault da testlərə çıxa bilməyəcək?

Müəllif: Rauf Hacıyev, redaktor

12:20 - 14 Fevral, 2019

Renault komandası 2019-cu il bolidi olan R.S.19-u birinci qış testlərinə çatdırmaqçün əlindən gələni edir.

F-1.az xatırladır ki, Renault Enstoundakı təqdimatda 2018-ci il bolidinə yeni ön və arxa qanadı quraşdırıb. Bunun səbəbi isə R.S.19-un hazır olmamasıdır. Komandanın rəhbəri Siril Abitebul bolidin testlərə çatacağını düşünsə də, şənbə günü reklam çəkilişinə çatacağına şübhə edir: “Vaxt çox azdır. Amma testlərə çıxacağımıza inanıram. Şənbə günü çəkiliş günündə iştirak edib-etməyəcəyimizə əmin deyiləm. Buna görə də dəqiq söz deyə bilmərəm. İki sürücümüz də orada olacaq. Söhbət etmək və qəhvə içmək istəsəniz, oradadırlar. Motorhome qurmalı və kofe maşınını işə salmalıyıq. Sadəcə bunlardan əminəm. Bolidin hazır olması üçün əlimizdən gələni edirik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 144
Teqlər , ,
Paylaş

logo