Red Bull yenidən Honda ilə danışıqlar aparır

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, 2025-ci ildən sonrası üçün Honda ilə danışıqlar aparırlar.

F-1.az xatırladır ki, Red Bull və Honda 2019-cu ildə tərəfdaşlığa başlamış və 2021-ci ildə Maks Ferstappenlə Sürücülər Çempionatının qalibi olmuşdular. Lakin bu uğurdan sonra Honda idmandan getdi. Red Bull isə öz motor şöbəsini qurdu.

“Qırmızı öküzlər” bu il də Honda motoru ilə çışıx edirlər. Bu motor keçənilkinin yenilənmiş versiyasıdır və indiyə kimi hər hası etibarsızlıq problemi çıxarmayıb. Həm Ferstappen, həm də Red Bull inamla titula doğru gedirlər.

Helmut Marko: “Honda idmandan getdiyini açqılayanda çox seçimimiz yox idi. Ferrari ilə danışdıq, amma o motor bizim maşında bazada düzəldilən maşındakı kimi işləməyəcəkdi.

Rekord müddətdə baza yaratdıq. 2026-cı ilin ilk motoru test dəzgahında işləyir. Mercedes-də işləmiş 300 mühəndis transfer etdik.

Motorun elektrik hissəsi ilə bağlı məlumatımız azdır. Amma bu işdə güclənmək üçün bəzi əlaqələrimiz var. Özümüz də işləyə bilərik, ancaq xərcləri azaltmaq üçün tərəfdaşlığa açığıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*