R.Şumaxer: Fetteli qaytara bilərlər

Sabiq Formula1 sürücüsü Ralf Şumaxer düşünür ki, Fettel təcrübəsi hesabına Formula1-ə qayıda bilər.

F-1.az xatırladır ki, dördqat Dünya Çempionu builki mövsümün sonunda idmandan gedib. Lakin Mixael Şumaxer, Fernando Alonso, Kimi Rəykkönen və Niko Hülkenberq kimi sürücülər idmandan getsələr də, daha sonra yenidən qayıdıblar. Fettelin 35 yaşı var və onun da qayıtmaq ehtimalı çoxdur.

Ralf Şumaxer: “Sebastyanın idmana qayıtmaq ehtimalını unuda bilmərik. Niko Hülkenberq və Fernando Alonso idmana qayıtdılar.

Formula1-də sürətli olmaq üçün bəzi faktorlar lazımdır. Bunlardan biri də təcrübədir. Yeni sürücülərin Fettelin səviyyəsinə çatması üçün vaxt lazımdır. O, təcrübəsi hesabına 1-2 ilə qayıda və ən önlərdə yarışa bilər. Belə ehtimal var”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*