Rəsmən: Aston Martin sürücü heyətini dəyişməyib

Aston Martin komandası növbəti mövsümdə də Sebastyan Fettel və Ləns Stroll cütü ilə yarışacaq.

F-1.az xatırladır ki, Aston Martin dördqat Dünya Çempionu Sebastyan Fettellə çoxillik müqaviləsi olsa da, növbəti mövsüm üçün tərəflərin razılaşması lazım idi. Nəhayət ki, tərəflər razılaşıblar və almaniyalı sürücü komandada qalmağa razılıq verib.

Sebastyan Fettel: “Yeni nəsil Formula1 bolidlərini sürmək üçün səbirsizlənirəm. Fərqli görünürlər. Ümid edirəm ki, onlarla yarışa bilərik. Həyəcanlı yarışlar həm bizim üçün, həm də azarkeşlər üçün əla olacaq. Bü dəyişiklərlər hamı hər şey ə sıfırdan başlayacaq və bizim komanda üçün də əla fürsət yaranacaq. Buna görə də 2022-ci ili səbirsizliklə gözləyirəm”.

Ləns Stroll: “Gələn il idmandakı 6-cı mövsümümü keçirəcəm və komanda yoldaşım Sebastyan Fettel olacaq. Aston Martin layihəsinə bir başlamışdıq və onunla davam edəcəyim üçün xoşbəxtəm. Bu il hədəflərimizi reallaşdıra bilmədik, amma növbəti mövsüm üçün hədəfimiz çoxdur”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*