15 Noyabr 2019, Cümə - 15:12

Pirelli Macarıstan Qran Prisi üçün sürücülərin təkər seçimini bəyan edib

Pirelli Macarıstan Qran Prisi üçün sürücülərin təkər seçimini bəyan edib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

11:32 - 12 İyul, 2016

Builki reqlamentə əsasən, Pirelli səfər yarışlarına 14 həftə, Avropa yarışlarına isə 8 həftə qalmış təkər seçimini elan etməlidir. Bundan sonra komandalar yarış həftəsonu ərzində istifadə edəcəkləri tərkiblərin dəst sayını müəyyən edirlər və seçimlərini FİA-ya bildirirlər, federasiya isə Pirelli-dən məhz bu sayda təkər istehsal etməyi və yarışa gətirməyi tələb edir.

Komandaların seçimi məxfi saxlanılır və yarışa 2 həftə qalmış mətbuata bildirilir. Ona görə də bu gün Pirelli Macarıstan Qran Prisinə hər bir sürücünün etdiyi seçimi açıqlayıb.

F-1.az xatırladır ki, gələn həftənin sonunda baş tutacaq yarışa Pirelli orta üçlüyünü – Medium, Soft və SuperSoft tərkiblərini gətirəcək. Mövsümdə artıq 6-cı dəfə bu üçlükdən istifadə edəcək komandalar təkərlərə yaxşı bələddirlər, ona görə də Budapeşt trası üçün üstünlüyü qırmızı təkərlərə veriblər…

SürücüKomandaMediumSoftSuperSoft
Lyuis HəmiltonMercedes AMG148
Niko RosberqMercedes AMG148
Sebastyan FettelFerrari139
Kimi RəykkönenFerrari139
Valtteri BottasWilliams157
Felipe MassaWilliams157
Daniel RikkardoRed Bull157
Maks FerstappenRed Bull157
Niko HülkenberqForce İndia247
Serxio PeresForce İndia247
Kevin MaqnussenRenault157
Colion PalmerRenault157
Daniil KvyatToro Rosso157
Karlos SaynsToro Rosso157
Fernando AlonsoMcLaren157
Censon BattonMcLaren157
Markus ErikssonSauber148
Felipe NasrSauber148
Paskal VerlyaynManor157
Rio HaryantoManor157
Roman QrojanHaas148
Esteban QutyerresHaas238

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 352
Teqlər , , , , ,
Paylaş

logo