Pirelli Belçika və Yaponiya üçün təkər seçimini elan edib

Çempionatın yeganə təkər təchizatçısı olan Pirelli şirkəti Belçika və Yaponiya Qran Prilərinə gətirəcəyi təkər tərkiblərini açıqlayıb.

F-1.az xatırladır ki, builki reqlamentə görə, şirkət Avropa yarışları üçün təkər seçimini yarışa 8 həftə qalmış elan edir, Avropadan kənarda olan yarışlara isə təkər seçimi yarışa 14 həftə qalmış elan olunur. Belçika və Yaponiya yarışlarını 6 həftə ayırdığı üçün hər iki yarışa təkər seçimi bu gün bəyan olunub.

Avqustun sonunda yay tətilindən dərhal sonra baş tutacaq Belçika Qran Prisinə Pirelli orta üçlüyü – Medium, Soft və SuperSoft tərkiblərini gətirəcək. Cari mövsümdə ən çox istifadə olunan üçlük Spa yarışı üçün sürpriz ola bilər – Ardenn dağlarında təkərlərin yeyilmə səviyyəsi yüksək olur və SuperSoft tərkibinin resursu çox az olacaq. Medium və Soft tərkiblərinin hər hansı birindən ən azı bir dəst yarışın gedişində istifadə olunmalıdır.

Yaponiya Qran Prisinə gəlincə, Suzuka trası təkərlərə qarşı daha tələbkardır, ona görə də Pirelli ən bərk üçlüyünü – Hard, Medium və Soft tərkiblərini gətirəcək. Məhz buna görə də yarışın gedişində Hard tərkibinin istifadəsi məcburi elan olunub.

Mərhələ / Tərkiblər UltraSoft SuperSoft Soft Medium Hard
Markalanma rəngi Bənövşəyi Qırmızı Sarı Narıncı
Avstraliya Qran Prisi SuperSoft Soft Medium
Bəhreyn Qran Prisi SuperSoft Soft Medium
Çin Qran Prisi SuperSoft Soft Medium
Rusiya Qran Prisi SuperSoft Soft Medium
İspaniya Qran Prisi Soft Medium Hard
Monako Qran Prisi UltraSoft SuperSoft Soft
Kanada Qran Prisi UltraSoft SuperSoft Soft
Avropa Qran Prisi SuperSoft Soft Medium
Avstriya Qran Prisi UltraSoft SuperSoft Soft
Böyük Britaniya Qran Prisi Soft Medium Hard
Macarıstan Qran Prisi SuperSoft Soft Medium
Almaniya Qran Prisi SuperSoft Soft Medium
Belçika Qran Prisi SuperSoft Soft Medium
İtaliya Qran Prisi hələ elan olunmayıb
Sinqapur Qran Prisi UltraSoft SuperSoft Soft
Malayziya Qran Prisi Soft Medium Hard
Yaponiya Soft Medium Hard
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*