P.Maldonado İndyCar-a keçə bilər

Pastor Maldonado Formula1-dən getdikdən sonra, deyəsən, İndyCar seriyasına üz tutacaq...

F-1.az xatırladır ki, Pastor Maldonado Formula1-də 5 mövsüm keçirib və bir qələbə qazanıb. Amma 2016-cı ildə PDVSA şirkəti Maldonadonun yarışması üçün lazımi məbləği ödəyə bilmədiyi üçün venesuelalı sürücü Formula1-dən ayrılmalı olub.

Maldonado 2016-cı ildə boş oturmaq istəmir və yarışmaq üçün bəzi İndyCar komandaları ilə danışıqlar aparır.

Hazırda bu komandaların adı açıqlanmır, amma bəzi şayiələrə görə Maldonado Andretti ilə danışıqlar aparır.

Maldonadodan başqa keçən il Manor komandasında çıxış etmiş Aleksandr Rossi də İndyCar-a keçə bilər…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*