N.Mazepin axır ki, danışıb

Haas komandasının sürücüsü Nikita Mazepin bildirib ki, əlindən heç nə gəlmir.

 

F-1.az xatırladır ki, Rusiya ordusu Ukraynanı işğal edib və bütün dünya şimal qonşularımızı boykot etmək qərarına gəlib. UEFA Çempionlar Liqasının finalını Rusiyadan alıb. Formula1 rəhbərliyi isə Rusiya Qran Prisinu ləğv edib. Haas komandası da boykota qoşulub və Uralkali loqotiplərini boliddən götürüb.

Nikita Mazepin: “Heyranlarıma və izləyicilərimə demək istəyirəm ki, çətin anlardır. Hadisələr üzərində mənim heç bir gücüm yoxdur.

Mən daha çox işləyərək, komandama kömək etməyə çalışıram. Anlayışınıza və dəstəyinizə görə təşəkkür edirəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*