N.Latifi: Mövsüm yeni başlayır

Williams komandasının sürücüsü Nikolas Latifi bildirib ki, yeni bolidə keçəndən sonra mövsüm onun üçün yeni başlayır.

F-1.az xatırladır ki, kanadalı sürücü Fransada yeni versiya bolidə keçib və həm vahid dövrədə, həm də yarış tempində güclü görünüb. Lakin o, Maqnussenlə təmas yaşayıb.

Nikolas Latifi: “Yarışda müsbət tərəflər çox idi. Bolid sürətli idi və mübarizə apara bilirdim. Bu çox gözəldir.

Kevin ilə insidentdə səhvim olduğunu düçünmürəm. Yarış insidenti idi. Bunun yaşanması pis oldu, çünki tempimiz yaxşı idi. Sıralanma turunda yaxşı iş görə bilsəydik, daha yaxşı nəticə mümkün idi. Lakin mübarizədə olmaq gözəldir. Yenilənmiş boliddən sonra inamım özünə gəldi. Mövsüm mənim üçün yeni başlayır”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*