20 Oktyabr 2019, Bazar - 12:48

N.Hülkenberq: “Renault hər yerdə güclüdür”

N.Hülkenberq: “Renault hər yerdə güclüdür”

Müəllif: Rauf Hacıyev, redaktor

14:51 - 17 İyun, 2019

Renault komandasının sürücüsü Niko Hülkenberg bildirib ki, builki bolidləri hər yerdə yaxşı işləyir.

F-1.az xatırladır ki, Renault keçən il Mühəndislər Kubokunda 4-cü olsa da, bu mövsümə pis başlamış və ilk yarışlarda etibarlılıq problemləri ilə üzləşmişdilər. Amma “sarılar” Kanadada 6 və 7-ci yerləri tutaraq, nəhayət ki, fanatlarını sevindiriblər.

Niko Hülkenberq: “Nəticə real idi. Bolidimiz indiyə kimi hər trasda yaxşı performans göstərirdi. Sadəcə bəzi səhvlər və problemlərə görə yaxşı nəticələr qazana bilmirdik. Keçən il ən güclü dördüncü komanda idik. Sadəcə 4 yarışda xalsız qalmışdıq. Lakin Kandada axırkı iki maşınla xal ala bildik. Viri və Enstoundakı bütün işçilər üçün əla mükafat idi. Çox işləməyin qarşılığını aldıq.

Fransada bəzi yeniliklərimiz olacaq və buna görə də çox həyəcanlıyam”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 93
Teqlər ,
Paylaş

logo