22 Noyabr 2019, Cümə - 22:03

Monako-2016: Pirelli-dən Soft, SuperSoft və UltraSoft

Monako-2016: Pirelli-dən Soft, SuperSoft və UltraSoft

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:27 - 24 May, 2016

Bir neçə gündən sonra Monte Karlonun dar küçələrində biz Pirelli şirkətinin mövsüm üçün hazırladığı yeni UltraSoft tərkibini real həftəsonu çərçivəsində görəcəyik.

F-1.az xatırladır ki, knyazlığa təkər istehsalçısının gətirdiyi ən bərk təkər Soft tərkibi olacaq. Küçə trasında sonsuz döngələrə baxmayaraq, təkərlərin yüklənməsi elə də çox deyil. Pirelli MotorSport-un başçısı Pol Hembri hesab edir ki, böyük ehtimalla sürücülər yalnız bir dəfə təkər dəyişməyə üstünlük verəcəklər….

Pol Hembri: “Monte Karloda bənövşəyi rəngli UltraSoft tərkibləri debüt edəcəklər – bizim təkər cərgəmizdə ən effektiv təkər olmalıdır. Komandalar həftəsonu üçün kifayət qədər bu tərkibdən seçiblər, yəni bu tərkib təkcə sıralanma turuna deyil, həm də yarışa yararlıdır.

Monako yarışının nadir şəraitini nəzərə alsaq, deyə bilərik ki, komandalar sərbəst yürüşlərdə UltraSoft-dan çox istifadə edəcəklər. Məşqlərdən sonra artıq yarış strategiyası haqqında mülahizələr yürütmək olar, hərçənd bu trasda ötmələrin çətinliyini nəzərə alsaq, sürücülər pit-stoplarının sayını minimuma endirməyə çalışacaqlar”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 451
Teqlər , , , , , ,
Paylaş

logo