Mercedes yeni şassini yoxlayır

Ötən mövsümün son yarışları və Braziliyadakı qələbə Mercedes mühəndislərini keçənilki maşının konseptini saxlamağa inandırdı, lakin bunun səhv olduğu ortaya çıxıb.

F-1.az Auto Motor und Sport-un məlumatına istinadən xəbər verir ki, Mercedes artıq bir müddətdir ki, aerodinamik boruda daha geniş yan pontonlara malik fərqli maşın konseptini sınaqdan keçirir.

Toto Volff: “Bir il ərzində bu konsepsiyaya şans verdik. Bu işləmir. Biz liderlərlə yaxınlaşmamışıq. Red Bull ilə fərq iki, hətta üç dəfə artıb, ona görə də kəskin tədbirlər görməyə məcburuq”.
Mercedes-in trasa başqa şassi konseptini nə vaxt çıxara biləcəyi hələ məlum deyil, bu, Çin Qran Prisinin ləğvi ilə əlaqədar yaranan fasilədən sonra artıq Bakıda baş verə bilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*