Mercedes seçim qarşısındadır

Mercedes komandasının rəhbəri Toto Voldd bildirib ki, növbəti mövsüm üçün gənc Corc Rassel ilə stabil Valtteri Bottas arasında qalıb.

F-1.az xatırladır ki, Mercedes komandası iyul ayında Lyuis Həmiltonla müqaviləni uzatmışdı. Lakin Bottasın müqaviləsi ilin sonunda bitəcək və “gümüşü oxlar” öz yetirmələri olan Corc Rasseli komandaya gətirmək istəyir.

Amma Bottas çox stabil sürücüdür və Lyuis Həmiltonla yaxşı yola gedir. Finlandiyalı sürücü bu mövsüm 11 yarışın 6-da podiuma yüksəlib.

Toto Volff: ” Gələcək üçün Valtterinin stabilliyi ilə Corcun istedadı arasında qalmışıq. Onlardan birinə qərar verməliyik. Sentyabr ayında açıqlama vermək istəyirik. Belə olan halda onlar da işlərini bilərlər və növbəti mövsümə ən yaxşı formada hazırlaşarlar”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*