Meksika yarışında Peresə xüsusi tribuna həsr olunacaq

Meksika Qran Prisinin keçirildiyi Rodriges qardaşları adına trasda Serxio Peres şərəfinə yeni tribuna qurulacaq.

F-1.az xatırladır ki, Rodriges qardaşları adına trası təqvimə keçən il qayıtmışdı. Keçənilki yarışa bütün biletlər satılmışdı və azarkeşlər trasda gözəl abu-hava yaratmışdılar.

Meksika QP-nin təşkilatçıları bu yaxınlarda verdikləri açıqlamada bildirmişdilər ki, 2016-cı ilin biletləri də artıq qurtarmaq üzrədir. Təşkilatçılar dünən verdikləri açıqlamada Serxio Peresin şərəfinə xüsusi tribuna quracaqlarını bildiriblər.

Serxio Peres: “Keçən il yerli publikanın qarşısında çıxış etmək mənim üçün xüsusi şərəf idi. Özümü bütün yarış ərzində enerjili və pozitiv hiss etdim. Bu il məni çoxlu azarkeşlər dəstəkləyəcək və bunu bilmək gözəldir. Bunları bilmək mənə əlavə motivasiya verir. Fanlarım builki yarışda ən az mənim qədər həyəcanlıdırlar və mən bunu bilirəm. Azarkeşlərimi Checo tribunasında görəcəyim üçün həyəcanlıyam”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*