19 Noyabr 2019, Çərşənbə axşamı - 11:30

Meksika təqvimdə qalır

Meksika təqvimdə qalır

Müəllif: Rauf Hacıyev, redaktor

13:12 - 08 Avqust, 2019

Meksika Qran Prisinin təşkilatçıları bu gün Formula1 ilə üçillik müqavilə bağlayacaqlar.

F-1.az xatırladır ki, Meksika 2015-ci ildə Rodriqes Qardaşları trasıyla idmana qayıdıblar. Lakin yarışın gələcəyi şübhə altında idi. Amma tras rəhbərliyi sosial şəbəkə üzərindən davam edəcəklərini açıqlayıblar: “Meksika şəhərində Fiesta davam edəcək! Dünyadakı ən yaxşı fanatlara təşəkkür edirik. Sosial şəbəkədə bizi izləməyə davam edin. Sizə ətraflı məlumat verəcəyik”.

Meksika şəhərinin bələdiyyə başçısı da bunu təsdiqləyib: “Sizə gözəl xəbərlər vermək istəyirəm. Formula1 Meksikada qalır və FİA-nın prezidenti buraya gələrək, yeni müqavilə imzalayacaq. Bu, şəhər üçün gözəl xəbərdir. Bəzi iş adamlarına da təşəkkür edirəm. Onların hesabına yarışı əldən vermədik. Bu, şəhər üçün əla xəbərdir. Turizmdən gələn gəlir ölkə üçün əla olacaq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 89
Teqlər ,
Paylaş

logo