17 Dekabr 2018, Bazar ertəsi - 23:12

Meksika-2018: Trasda dəyişikliklər və ötmə (DRS) zonaları

Meksika-2018: Trasda dəyişikliklər və ötmə (DRS) zonaları

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:12 - 24 Oktyabr, 2018

Növbəti Qran Pri ərəfəsində FİA keçən illə müqayisədə trasdakı dəyişikliklər barədə məlumatı dərc edib və DRS-dən istifadə zonalarını təsdiq edib. Xatırladaq ki, son reqlamentə uyğun olaraq, Rodriges qardaşlarının adını daşıyan trasda da Formula1 sürücülərini iki DRS zonası gözləyir.

F-1.az federasiyanın rəsmi saytına istinadən bildirir ki, keçənilki yarışdan sonra trasda heç bir dəyişiklik edilməyib, sadəcə trasın sahibləri infrastrukturun yaxşı vəziyyətdə saxlanılmasına çalışıblar.

Keçən il olduğu kimi Mexikoda 15-ci döngənin çıxışında yeganə deteksiya nöqtəsi olacaq. Əgər bu nöqtədə iki maşın arasındakı interval bir saniyədən az olarsa, onda 17-ci döngədən 323 metr sonra (keçən illəmüqayisədə 100 mter irəli çəkilib) və 3-cü döngədən 116 metr sonra arxada olan sürücü DRS sistemini aktivləşdirə biləcək.

Mexican Grand Prix, DRS


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 201
Teqlər , , , ,
Paylaş

logo