C.Rassell cərimələnib

Williams komandasının sürücüsü Corc Rassell startda 5 yer itirəcək

 

Williams komandasının sürücüsü Corc Rassell ikinci sessiyanı ötürmələr qutusundakı problem üzündən buraxmalı olmuşdu. 

Komanda nasaz qutunu dəyişməli olub. Altı ardıcıl yarışda eyni qutudan istifadə olunmadığı üçün britaniyalı sürücü cəzalanıb – Corc yarışın startında 5 yer itirəcək. 

FİA təsdiq edib ki, Rasselldən başqa Peres, Lekler, Şumaxer və Qaslinin də maşınlarında qutular dəyişdirilib, amma bu maşınlarda hər şey qayda daxilində olduğu üçün cərimə də olmayacaq…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*