McLaren yeni bolidini təqdim edib

McLaren komandası 2021-ci ildə bolidini təqdim edən ilk komanda olub.

F-1.az xatırladır ki, keçən mövsüm üçüncü olan Britaniya komandası bu il Daniel Rikkardo və Lando Norris cütü ilə yarışacaq. Lakin komanda keçənilki bolidinə mühərrikdən başqa dəyişiklik etməyib. “Narıncılar” bu il 2014-cü ildən sonra ilk dəfə Mercedes motorunun performansınfan yararlanacaqlar. Buna görə də keçən mövsümkü MCL35 adına sadəcə M hərfi əlavə edilib.

Lakin yeganə dəyişiklik bu deyil. Komanda Ferrari-yə yollanan Karlos Saynsın əvəzinə daha əvvəl yarışlar qazanmış Daniel Rikkardonu transfer edib.

Yeni boliddəki əsas dəyişiklik arxa tərəfdədir. Rəng çalarları isə keçənilkindən fərqlənmir. Britaniya komandası yeni bolidlə ilk sürüşünü Silverstounda reklam çəkilişində edəcək.

McLaren-un rəhbəri Zek Braun: “Formula1-dəki ən yaxşı sürücü heyətinə sahibik. Başda Andreas olmaqla zirvəyə yüksəlmək üçün komanda əlindən gələni edir. Hələ də uzun yol qət etməliyik. Keçən il əla çıxış etdik. Buna görə başımızı aşağı salıb işləməliyik. Buna hazırıq”.

Xatırladaq ki, McLaren komandası keçən il mövsümü üçüncü bitiriblər və bu, onların 2012-ci ildən sonra ən yaxşı nəticələri olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*