Ç.Uaytinq: “Bakı Şəhər Halqası yarışa tam hazırdır”

FİA-nın yarış direktoru və təhlükəsizlik məsələləri üzrə səlahiyyətli nümayəndəsi Çarli Uaytinq bu gün Bakıya səfər edərək iki həftədən sonra baş tutacaq növbəti Formula1 yarışı öncəsində Bakı Şəhər Halqasının (BŞH) yarışa hazırlığını yerində incələyib.

F-1.az bildirir ki, ölkəyə səfər edən Çarli Uaytinq Bakı Şəhər Halqasını addım-addım gəzərək trasın və onun ətrafında yerləşən qurğuların yarışın standartlarına uyğun olub-olmadığını yoxlayıb.

Trası təftiş etdikdən sonra mətbuatın qarşısına çıxan Çarli Uaytinq Formula1 təqvimindəki ən yeni trasın yarışa hazırlığının yüksək səviyyədə olduğunu bildirib: “Bakı Şəhər Halqası yarışa ötən ildəkindən daha yaxşı səviyyədə hazırlanıb. Yarışla əlaqədar hər şey çox gözəl təşkil olunub və deyə bilərəm ki, tras artıq yarışa tam hazırdır. Keçən il Bakıda baş tutmuş birinci yarış bütün avtoidman aləmi üçün xoş bir sürpriz olmuşdu. Hamı kimi mən də növbəti yarışı səbrsizliklə gözləyirəm və inanıram ki, bu il də möhtəşəm yarışa şahid olacağıq.”

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*