McLaren yeni aerodinamik boru inşa edəcək

McLaren komandası yenidən zirvəyə qayıtmaq üçün Uokinqdəki mərkəzində yeni aerodinamik boru inşa edəcək.

F-1.az xatırladır ki, komanda bu il inkişf etsə də, aerodinamika cəhətdən əsas rəqiblərindən geridə qalır.

Yeni baza əvvəlki bazanın yerində inşa ediləcək. Bu boru tikildikdən sonra McLaren Toyota-nın Kölndəki aerodinamik borusundan istifadə etməyəcək.

Andreas Zaydl: “Zirvədəki komandalardan 1.5 saniyə geridə qalırıq. Bunun üzərində gecə-gündüz işləyirik. Aerodinamik boruda əldə etdiyimiz asfaltayatma qüvvəsini daha səmərəli istifadə etmək üçün əlimizdən gələni edirik. Əsasən bu sahədə işləyirik. Hazırda Zek Braun və səhmdarlar Şeyx Muhammedlə Mansur Ojjeh mənə bazanı yenidən qurmağı tapşırıblar. Öz aerodinamik borumuz işləmir və bu, böyük çatışmazlıqdır. Buna görə də 10 ildir ki, Toyota-nın Kölndəki bazasından istifadə edirik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*