M.Şumaxer: Türkiyədə yaşananları sözlə ifadə etmək olmur

Mercedes komandasının ehtiyat sürücüsü Mik Şumaxer də Türkiyəyə dəstək mesajı verib.

F-1.az xatırladır ki, Qəhrəmanmaraş mərkəzli zəlzələdən sonra Türkiyənin 10 fərqli şəhərində böyük dağıntılar olub və hazırda olan statistikaya görə 3549 nəfər dünyasını dəyişib.

Mik Şumaxer: “Düşüncələrim Türkiyədəki və Suriyadakı insanlarla birlikdədir. Bütün bunları sözlərlə ifadə etmək çox çətindir”.