M.Raşbruk F1 proqramının maliyyələşdiliməsindən danışıb

F-1.az bildirir ki, Ford-un idman bölməsinin rəhbəri Mark Raşbruk F1 layihəsinin maliyyələşdirilməsindən bəhs edib

Mark Raşburk: “Red Bull ilə müqavilə bizim avtoidman proqramımızın qalan hissəsinə təsir etməyəcək. Bu müstəqil müqavilədir. Biz elektriklə işləyən nəqliyyat vasitələrinə diqqət yetirməklə bütün dünyada avtoidmanı dəstəkləməyə davam edəcəyik və bu istiqamətdə irəliləyəcəyik. Formula1-ə qayıdış gələcək inkişaf üçün əsas sütun olacaq, lakin indiki proqramlardan birinin zərəri hesabına yoz.

Biz yarışa ciddi yanaşırıq. İştirak etdiyimiz seriyaların heç birində qeyri-məhdud büdcəmiz yoxdur. Büdcə baxımından Formula1-dəki proqramımız digər proqramlara təsir etməyəcək. Deyərdim ki, bu, bizim üçün strateji olan texnologiyaların, ilk növbədə elektrik maşınlar bölməsinin və marketinqin optimal kombinasiyası olacaq.
Əsas məqam güc qurğusunun hibrid hissəsidir, baxmayaraq ki, bizdə olan modelləşdirmə və test alətlərini nəzərə alaraq daxili yanma mühərrikinin dizaynını optimallaşdıra bilərik. Təbii ki, komandanın mühəndisləri ilə əməkdaşlıq edib məlumat mübadiləsi aparacağıq”.
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*