M.İzola: Asfaltın temperaturu rekord həddə yaxın idi

F-1.az xəbər verir ki, Pirelli-nin avtoidman bölməsinin rəhbəri Mario İzola həftəsonunun ilk gününün nəticələri barədə danışıb.

Mario İzola: “Cümə günü asfaltın istiliyi 56 dərəcəyə çatdı – bu, 2016-cı ildə Malayziyada qeydə aldığımız rekord temperaturdan cəmi bir neçə dərəcə aşağıdır. Lakin buna baxmayaraq, bütün tərkiblər yaxşı işlədi. Aydındır ki, yumşaq təkərlər yalnız sıralanma turunda istifadə ediləcək. Onların soyuduqdan sonra ikinci sürətli dövrədə necə təsir bağışlayacaqları maraqlı idi, biz gördük ki, təkərlər səmərəliliyini bərpa edir və asfaltla ilişmə yaxşı səviyyədə olur. Bu da sürücülərə sıralanma turunda yalnız Soft təkərlərdən istifadə etməyə imkan verəcək və onların əlində yarış üçün digər tərkiblərin təzə dəstləri qalacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*