M.Ferstappen: Sıralanma turu çətin keçdi

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Belçikada sıralanma turu çox çətin keçib.

F-1.az xatırladır ki, niderlandlı sürücü Belçikada Corc Rasseli 0.3 saniyə qabaqlayaraq, poul qazanıb.

Maks Ferstappen: “Sıralanma turu çox çətin keçdi. Bolidi trasda tutmaq və təkərləri doğru zamanda dəyişmək çətin idi. Bundan başqa, ikinci sessiya ilə üçüncü sessiya arasındakı zaman fərqi böyük oldu və trasdakı şəraiti öyrənmək çətin idi. Lakin yekunda birinci olduq və bu, vacib idi. Bu trasda sürmək asan olsa da, yağış işimizi çətinləşdirdi.

Birinci sessiyada gördüyünüz kimi yağış təkərlərindən istifadə edənlər geridə qaldılar. Sürətimizi azaltdılar və buna görə də keçid təkərlərinə keçdik. Amma bu təkərlə yaş trasda sürmək çətin idi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*