M.Eriksson hər yarış xal qazanmaq istəyir

Sauber komandasının sürücüsü Markus Eriksson bildirib ki, keçən mövsümdən çox şey öyrənib və yeni mövsümdə hər yarış xal qazanmaq istəyir.

F-1.az xatırladır ki, Eriksson 2014-cü ildə Katerham komandasında debüt etmiş, 2015-ci ildə Sauber-ə transfer olunmuşdu.

Markus Eriksson: “Formula1-ə yeni gəldiyim zaman bacardığım qədər sürətli getməyə çalışırdım. Sərbəst yürüşlərin önəmini anlamırdım. İndi isə sərbəst yürüşlərdə 100 faiz gücümü qoyuram və yarış üçün ən yaxşı məlumarları toplayıram. Bu da məni inkişaf etdirir.

Sərbəst yürüşlər sizi sıralanma turunda son sessiyaya çıxara bilər və yarışda yaxşı nəticə almağınıza kömək edə bilər. Öyrənmək heç vaxt gec deyil. Mən hər şeyi bildiyimə inanmıram və davamlı yeni şeylər öyrənməyə çalışıram.

Komanda olaraq yeni mövsümdəki əsas məqsədimiz davamlı xal almaq olacaq. Keçən il işlər istədiyimiz kimi getmədi və bunu kompensə etmək istəyirik.

Bundan başqa bolidləri sürmək də çətinləşəcək və buna görə çoxlu idman edirəm. Yeni mövsümə hazır formada girib, komandam üçün yaxşı nəticələr qazanmağa çalışacağam”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*