M.Bezzekki mənəvi cəhətdən çöküb

MotoGP-nin yeni yarış qalib Marko Bezzekki bildirib ki, yağış yağdığını görəndə mənəvi cəhətdən çöksə də, sonradan özünə gəlib.

F-1.az xatırladır ki, VR46-nın sürücüsü yağışlı Argentina yarışında qələbə qazanaraq, həm özünün, həm də komandasının MotoGP-dəki ilk qalibiyyətini əldə edib.

Marko Bezzekki: “Bu gözəldir. Bunu sözlə ifadə etmək olmur. Yarışdan əvvəl özümü yaxşı hiss etsəm də, yağışı görəndə ümidlərimi itirdim. Çünki sprint yarışında motosiklet yaxşı işləmişdi. Səhv etməsəm, qələbə uğrunda mübarizə aparacağımı düşünürdüm.

Karyeramda ilk dəfə qələbəyə namizəd idim. Buna görə də yağış yağanda mənəvi cəhətdən çökdüm. Sonra qızdırma dövrəsində motosikletə mindim. Yağışlı havada əla hiss edirdim. Öz-özümə bacararam dedim və gözəl yarış keçirdim”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*