Franco Morbidelli müəlliminin yanına gedə bilər

İtaliya mətbuatının verdiyi xəbərə görə Franko Morbidelli-Xorxe Martin-Marko Bezzekki arasında barter ola bilər.

F-1.az xatırladır ki, Franko Morbidelli 2021-ci ildə dizindən əməliyyat olunduqdan sonra əvvəlki performansını göstərə bilmir. Düzdür, o bu il bütün yarışlardan xal alıb, amma gözləntiləri qarşılamır. Onun Yamaha-dakı gələcəyi stabil performansından asılıdır. Əks halda onun yerinə iki namizəd var – Xorxe Martin və Marko Bezzekki.

İddiaya görə Xorxe Martin Yamaha-ya gedəcək. Bezzekki isə daha yaxşı statusla Pramac-a transfer olunacaq. Morbidelli isə müəllimi Valentino Rossinin komandası olan VR46-nın yolunu tutacaq.

Belə olan halda Morbidelli müəllimi ilə işləyəcək, həm Martin baza komandasına keçcək, həm də Bezzekki builki performansının mükafatını alacaq.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*