M.Bezzekki: Qələbə gözləmirdim

VR46 komandasının sürücüsü Marko Bezzekki bildirib ki, sprint yarışında 7-ci olduqdan sonra əsas yarışda qələbə qazanmağı gözləmirmiş.

F-1.az xatırladır ki, sıralanma turunda komanda yoldaşı Luka Marinidən geridə qalan italiyalı sürücü sprint yarışında 7-ci yeri tutmuşdu. Lakin o, əsas yarışda əsas rəqiblərinin problem yaşamasından istifadə edərək, mövsümdə ikinci qələbəsini əldə edib və turnir cədvəlində ikinci yerə yüksəlib. Onu hazırda lider Banyayadan 1 xal ayırır.

Marko Bezzekki: “Mənim üçün inanılmaz gün idi. Düzünü desəm, belə performans göstərməyi heç gözləmirdim. Ancaq özümü motosikletdə yaxşı hiss edirdim və yaxşı startla daha yaxşısını edəcəyimi düşünürdüm. Təbii ki, qələbə gözləmirdim, amma yenə də yaxşı yarış idi.

Yarışda start alanda önümdəkilərdən saha sürətli olduğumu gördüm. Ancaq ön təkərin tez qızması məni narahat edirdi, çünki sürüş tərzimə görə bu ön təkərlə limitdə idim.

Ancaq onları keçə bildim. Liderliyi ələ keçirəndə yaxşı temp tutdum. Motosikleti çox yaxşı hiss edirdim və rəqiblərimlə fərqi açdım”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*