L.Marini: Valentinonun boksda olması yaxşıdır

VR46 komandasının sürücüsü Luka Marini bildirib ki, Valentino Rossinin boksda olması mükəmməldir.

F-1.az xatırladır ki, əfsanəvi Valentino Rossinin ögey qardaşı olan Luka Marini ABŞ-da ikinci olaraq, karyerasının ilk podiumunu əldə edib.

Luka Marini: “Vale MotoGP-də yarışanda daha asan idi. Evdən məsləhət vermək onun üçün çətindir, çünki təkərləri və temperaturu görmürsünüz. Sürəti hiss etmirsiniz. Anlaya bilməyəcəyiniz çox şey var.

Ancaq yarışlara gəıəndə çox şeyi görür və anlayır. Sizə yaxşı tövsiyələr verir. Buna görə də onun boksda olması yaxşı haldır”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*