Le Man, istənilən halda, baş tutacaq

Hər gün müxtəlif yarış seriyalarının ləğvi və ya köçürülməsi ilə bağlı yeni mesajlar gəlir. 24 saatlıq Le Man marafonunun keçirilməsi iyunun ortalarında planlaşdırılır, lakin koronavirus pandemiyası səbəbindən yarışın ilkin şərtlərdə baş tutacağını əminliklə söyləmək olmaz.

F-1.az bildirir ki, Le Man yarışını təşkil edən ACO avtomobil klubunun prezidenti Pyer Fiyon əmindir ki, marafon, istənilən halda, digər tarixlərdə olsa da, keçiriləcək.

“Cari vəziyyət istər Fransada, istərsə də xaricdə son dərəcə qeyri-sabitdir, – deyə Fiyon Le Manın rəsmi saytına söyləyib. – Yeni məhdudiyyətlər və tövsiyələr daim tətbiq olunur. Virusa yoluxma vəziyyətindən və görülən tədbirlərdən asılı olaraq şərait ölkədən ölkəyə dəyişir. Biz hamımız birlikdə bu görünməmiş vəziyyətə düşdük. Çeviklik bu dönəmdə əsas amildir və biz mümkün qədər fəal davranırıq.

İyunun ortalarında Le Manın 24 saatlıq marafonuna gəlincə, vəziyyəti nəzarətdə saxlayırıq və səlahiyyətlilərin əmrlərinə əməl edirik. Qərarımızı aprelin 15-də elan edəcəyik. Nə olursa olsun, builki marafon mütləq keçiriləcək…”

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*