Lando Norris: “Aydındır ki, bu gün Mercedes sürücüləri çox, həm də çox sürətli idilər. Qalanlarla müqayisədə onlar tamam ayrı liqada çıxış etdilər. Bu gün bizim tempimiz Red Bull tempi ilə müqayisə oluna bilərdi, amma onlar bizdən daha yaxşı strategiya seçdilər və daha çox boş trasda oldular.
Bizim düzlükdə sürətlə bağlı problemlərimiz var, amma bu, yeni məsələ deyil. Nəyin yaxşı, nəyin pis olduğunu da bilirik, bunun səbəblərini də anlayırıq. Mövsümün sonuna qədər inkişaf etməliyik, amma bu, çətin tapşırıqdır. Komanda maşının güclü tərəflərini bilir və növbəti dəfə sürətli trasda yarışanda daha güclü olacağıq.
Düşünürəm ki, Monzadakı həftəsonu göstərdi ki, iki yarış qazanmağımıza baxmayaraq, yenə də kifayət qədər yaxşı deyilik və komanda olaraq daha da güclənməliyik. Amma mən hələ də əminəm ki, uğur qazanmaq gücümüz daxilindədir”.





