K.Sayns: “Yarış təhkükəli idi”

Toro Rosso komandasının sürücüsü Karlos Sayns yarışın uzun müddət dayandırılmasına dəstək verib və əlavə edib ki, yarış bəzən çox təhlükəli olub.

F-1.az xatırladır ki, Braziliyada yağış şəraitində keçən yarış bir neçə dəfə dayandırılmış və ciddi qəzalar olmuşdu.

Yarışı 6-cı yerdə bitirən Karlos Sayns bildirib ki, heç bir şey televizorda göründüyü kimi asan deyil: “Əlbəttə, evdə oturub baxanda hər şey asan görünür. Amma bolidin içində işlər çox çətindir. Müəyyən yerdən sonra öz-özümə “artıq yarışa bilmirik. Bu F1 olmaqdan çıxdı” dedim. Bu doğrudan da, çox çətin və təhlükəli idi. 300 km/saat sürətlə gedirdim və önümdə Kimi yerində fırlandı. Aramızda sadəcə 10 metr var idi. Əgər qəza olsaydı, onun nəticəsini düşünmək belə istəmirəm. Bolid çox sürüşürdü. Şəraitin çətinliyinə görə yarış komissarlarının verdiyi qərarı başa düşürəm. Yarış, doğrudan da, çətin idi”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*