21 İyul 2019, Bazar - 10:51

K.Sayns hələ də inana bilmir

K.Sayns hələ də inana bilmir

Müəllif: Rauf Hacıyev, redaktor

11:23 - 23 İyun, 2019

McLaren komandasının sürücüsü Karlos Sayns sıralanma turundakı nəticəsinə görə təəccüblənib.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Fransadakı sıralanma turunda 6-cı olub.

Karlos Sayns: “Bu nəticəni gözləmirdik. Red Bull və Ferrari-ni qabaqlayacağımız ağlımıza gəlməzdi. Lakin yeniliklər əla işlədi. İndi isə yarışa fokuslanmalıyıq. İkinci sessiyasa daha sərt təkərlə çıxış edərək son sessiyaya qaldıq. Hələ də təəccüblüyəm. Buradakı döngələr sürətli deyil. Yavaş və ortasürətli döngələrdir. Bu il Renault-nun mühərriyi də güclüdür. Bu, bizi qüvvətləndirir. Barselonada sürətli döngələrdə daha yaxşı olmaqçün yeni paket gətirdik. Bu, bizə kömək etdi. İnkişaf etmişik. Mercedes-dən 1 saniyə geridə qaldıq. Ferrari ilə aramızdakı fərq çox deyildi. Hər həftəsonu boliddə yeniliklər olur. Komanda davamlı kiçik yeniliklər gətirir. Hər cümə mühəndislərlə söhbət edirik. Amma eyni səviyyədə davam etməliyik.

Lando ilə üçüncü cərgədəyik. Yarışda insidentlərdən uzaqda olmalıyıq. İlk döngədə qəza etməmək vacibdir. Bazar günü hər şey dəyişə bilər. Yarışda Pyer və Sebastyanı arxamızda saxlamalıyıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 76
Teqlər , , ,
Paylaş

logo