K.Rəykkönen paddoka qayıtmayacaq

Keçən ilin sonunda karyerasını bitirmiş Kimi Rəykkönen bildirib ki, artıq Formula1 paddokuna addım atmaq istəmir.

F-1.az xatırladır ki, Formula1-də ən çox yarışa çıxmış Rəykkönen həmişə öz üslubu ilə seçilib. O, həmişə bildirib ki, yarışmaqdan həzz alsa da, mətbuatla və sponsorlarla bağlı tədbirlərdən nifrət edir. Buna görə də artıq onu paddoka bağlayan heç nə yoxdur.

Kimi Rəykkönen: “Bunu zaman göstərəcək. Formula1-də tək sevdiyim şey sürmək idi. Bəlkə də, artıq paddoka getməyəcəm.

Formula1 heç vaxt həyatımda əsas yerdə olmayıb. Ondan vacib şeylər var idi. Bu, dəyişməyəcək. Təqaüdə çıxma səbəbim gücsüz qalmağım deyil. Saatlarla təyyarələrdə, otellərdə vaxt keçirməkdən daha gözəl şeylər var”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*