17 Dekabr 2018, Bazar ertəsi - 07:35

K.Rəykkönen: “Mühəndislər Kubokunu qazanmaq şansımız qalır”

K.Rəykkönen: “Mühəndislər Kubokunu qazanmaq şansımız qalır”

Müəllif: Rauf Hacıyev, redaktor

02:03 - 29 Oktyabr, 2018

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen ən yaxşı nəticəni aldığını deyib.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Meksika yarışına 6-cı yerdən başlasa da, tək pit-stoplu strategiya hesabına podiumun son pilləsinə yüksəlib.

Kimi Rəykkönen: “Bu gün boliddən razı qaldım. Nəticə mükəmməl olmasa da, əlimizdən gələni etdik. İki bolidlə podiuma yüksəldik və dəyərli xallar qazandıq. Yarışa başladığım təkərlərdə vəziyyət pis idi. Pit-stopdan sonra isə hər şey daha yaxşı oldu. Pitdən əvvəl Mercedes-i keçməyə çalışsaq da, bacarmadıq. Bu hal təkərlərə də pis təsir etdi. Belə olan halda iki pit-stoplu strategiyadan bir pit-stoplu strategiyaya keçdik. Təkərlər yaxşı idi. Ön sol təkərin vəziyyəti pis olsa da, finişə çata bildik.

Başladığımız yeri nəzərə alsaq, tək pit-stoplu strategiya ən ideal seçim idi. Qarşıda iki yarış var. Daha yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik. Mühəndislər Kubokunu hələ də qazanmaq şansımız var. Bunun üçün əlimizdən gələni edəcəyik.

Lyuis isə bu il layiq olduğu çempionluğu qazandı”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 228
Teqlər
Paylaş

logo