K.Maqnussen: “Bilərəkdən aqressiv davranmıram”

Haas komandasının sürücüsü Kevin Maqnussen haqqında çıxan xəbərləri ciddiyə almır.

F-1.az xatırladır ki, danimarkalı sürücü peletonda əksər pilotlar tərəfindən sevilmir. Bunun səbəbi isə 27 yaşlı sürücünün aqressiv sürüş tərzidir.

Kevin Maqnussen: “Bilərəkdən etmirəm. Rəqiblərimə hörmət edirəm. Qaydalara trasdakı ağ xətlər kimi baxıram. O xətlərə nə qədər çox yaxınlaşsanız, o qədər sürətli olarsınız. Onlardan uzaq qalmaq lazım deyil. Mənim barədə deyilənlərə və yazılanlara fikir verməməyə çalışıram”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*